Bazar dəyəri 1 trilyon dolları keçən dünya nəhəngləri – SİYAHI

Bəzi şirkətlər var ki, təklif etdikləri həllər ilə fərq yaradan və qısa müddətdə paylarını artıraraq diqqəti cəlb edir.

İndex.az dünyanın trilyon dollarlıq nəhənglərini təqdim edir:

 

Nvidia

Mayın 30-na olan məlumata görə, ABŞ-ın çip istehsalçısı “Nvidia”nın bazar dəyəri ilk dəfə olaraq 1 trilyon dollara çatıb.

 

Piyasa değeri 1 trilyon doları aşan dünya devleri - Resim: 2

 

Apple

ABŞ-ın texnologiya nəhəngi “Apple”in bazar dəyəri 2018-ci ilin avqust ayında 1 trilyon dollara yüksəldiyi halda, “Apple” tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu. Mayın 30-na olan məlumata görə, “Apple”in bazar dəyəri 2,8 trilyon dollardır.

Piyasa değeri 1 trilyon doları aşan dünya devleri - Resim: 3

 

Amazon

E-ticarət nəhəngi “Amazon”un bazar dəyəri 2018-ci ilin sentyabrında 1 trilyon dollara çatıb. “Amazon” buna nail olan ikinci şirkət oldu.

Piyasa değeri 1 trilyon doları aşan dünya devleri - Resim: 4

 

Alphabet

“Google”un sahibi olan “Alphabet”, 2020-ci ilin yanvar ayında bir trilyon dollarlıq bazar dəyərinə sahib idi. “Alphabet”ABŞ-da “Apple” və “Microsoft”dan sonra bu həddi keçən üçüncü şirkət oldu.

Piyasa değeri 1 trilyon doları aşan dünya devleri - Resim: 5

 

Aramco

Səudiyyə Ərəbistanının neft şirkəti “Aramco”, 2019-cu ilin dekabrında kütləvi təklifdən sonra ticarətə başladığı ikinci gündə gündəlik limitə qədər 10% artaraq 2,06 trilyon dollar bazar dəyərinə çatdı.

Piyasa değeri 1 trilyon doları aşan dünya devleri - Resim: 6

 

Microsoft

ABŞ-ın texnologiya nəhəngi “Microsoft”un bazar dəyəri 2019-cu ilin aprelində 1 trilyon dollara çatıb.

Piyasa değeri 1 trilyon doları aşan dünya devleri - Resim: 7

 

Meta

“Meta”nın bazar dəyəri 2021-ci ilin iyun ayında 1 trilyon dollara çatdı.

Piyasa değeri 1 trilyon doları aşan dünya devleri - Resim: 8

 

Tesla

ABŞ-ın elektron avtomobil istehsalçısı “Tesla”nın bazar dəyəri 2021-ci ilin oktyabrında 1 trilyon dolları keçib.