“Azersun Holding” çoxsaylı işçilər axtarır

Azersun Holding

Müştəri xidmətləri şöbəsində Koordinator

Son tarix 29 may 2023 [email protected]

Tələblər:

  • Ali Tibbi təhsil olmalı;
  • Microsoft office və Excell bilməli;
  • Komandada işləmək bacarığı olmalı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti olmalı;

İş haqqında məlumatlar:

  • Sığorta hadisələri üzrə daxil olan məlumatları yoxlamaq və hadisəni sistemə daxil etmək;
  • Müraciətləri qəbul etmək və analiz edərək doğru istiqamətdə yönləndirmək;
  • Tibb müəssisəsindən müştəri ilə əlaqədar olan sorğuları araşdırmaq, sığorta təminatına uyğun olub-olmadığını müəyyən etmək;
  • Müraciət edilən narazılıqları qeydə almaq və aidiyyatı struktur bölməyə yönləndirərək nəzarətdə saxlamaq;
  • Müayinədən sonra təyin olunan dərman üçün müştərini apteklərə yönləndirmək, apteklərdən müraciətləri qəbul etmək və sığorta təminatına uyğun olub-olmadığını araşdırmaq;
  • Hər hansı dərman prepararatı müştərinin yaxınlaşdığı aptekdə yoxdursa digər apteklərlə əlaqə saxlamaq, dərmanın olduğu apteki müəyyənləşdirmək və müştəriyə məlumat vermək;
  • Sorğu və məmnuniyyətlə bağlı zəngləri həyata keçirmək. Şirkətimizin və tibb müəssisələrinin göstərdiyi xidmətdən razı olub-olmadıqları barədə məlumatın almaq və qeydiyyatı aparmaq. Şikayət olarsa tibb müəssisələri və həkimlərlə danışıqları aparmaq şikayətin əsas səbəbini araşdırmaq;
  • Nəqliyyat vasitələri üzrə Sığorta hadisələri olan müştərilərin zənglərinin qəbulu, sığortalı bazasında onların yoxlanılması, qeydə alınması və qəza komisarlarının hadisə yerinə yönləndirilməsini təmin etmək;
  • Müştəri məmnumiyyəti ilə bağlı hesabatları hazırlamaq;
  • İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Müştəri xidmətləri şöbəsində Koordinator” qeyd etməyiniz xahiş olunur.

 

Şəbəkə inzibatçısı mütəxəssisi

Son tarix 29 may 2023 [email protected]

Tələblər:

  • Ali təhsilli olmalı;
  • 2 il aidiyyəti vəzifə üzrə iş stajı;
  • OSI-TCP/IP modeli üzrə ekspert bilikləri olmalı;
  • CCNA/CCNP və s. beynəlxalq sertifikatları olmalı;
  • Voice şəbəkəsinin qurulması və idarəsi bacarıqları, CUCM/SIP həlləri təcrübəsi olmalı;
  • IPSEC/DMVPN barəsində dərin bilikləri və təcrübəsi olmalı;
  • Dinamik routing texnologiyaları üzrə dərin bilikləri (EIGRP/OSPF/BGP) olmalı;
  • Cisco ASA, Pfsense, Palo-Alto next generation firewal idarəedilməsi bacarıqları olmalı;
  • Şəbəkə təhlükəsizliyi bilikləri, 802.1X, Cisco ISE sistemlərinin idarəedilməsi bacarıqları olmalı;
  • Çalışmaların avtomatlaşdırılması, Python proqramlaşdırma bacarığı olmalı;
  • Məsuliyyətli və işgüzar, analitik düşünmə qabiliyyəti olmalı;
  • Fərdi və komanda ilə işləmək bacarığı olmalı.

İş haqqında məlumat:

  • LAN, WAN, Campur və Ehtiyyat mərkəzi şəbəkəsinin idarəedilməsi, optimallaşdırılması;
  • SSL VPN, məsafədən bağlantı qurulması və təhlükəsizliyin təmini;
  • Tərəfdaş şirkətlərlə bağlantı üçün infrastukturun qurulması, IPSEC VPN idarəedilməsi;
  • Modem, sviç, firewall avadanlıqlarının sazlanması, racklarda yerləşdirməi və kabelləşdirilməsi;
  • Avadanlıqların yenilənməsi, lisensiyalara nəzarət və hesablanması;
  • Şəbəkə avadanlıqlarının və hadisələrin monitorinqi, izlənməsi, avtomatlaşdırılmış məlumatlandırma və tədbirlərin sazlanması
  • İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Şəbəkə inzibatçısı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.

 

Əməliyyatçı xəzinədar

Son tarix 29 may 2023 [email protected]

Tələblər:

  • Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
  • Bank işi üzrə 1 illik iş təcrübəsi;
  • Rus dilini yaxşı bilməli, İngilis dilini bilməsi üstünlükdür;
  • Microsoft Office proqramlarını bilməli;
  • Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
  • Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
  • Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
  • Analitik problem həlletmə bacarığı olmalı.

İş haqqında məlumat:

  • Bütün növ müştəri hesablarının açılması, hesablar üzrə müştərilərə xidmətlərin göstərilməsi və bağlanması;
  • Tələb və sorğular üzrə müxtəlif növ arayışların, sənədlərin, müqavilələrin hazırlanması və müştərilərə təqdim edilməsi;
  • Nağd pul və qiymətlilərin sayımının, saxlanmasının, daşınmasının və inkassasiyasının həyata keçirilməsi;
  • ATM (Exchange və sairə) terminalların inkassasiyasının həyata keçirilməsi, aktlaşdırılması, terminala yerləşdirilmiş və ya çıxarılmış nağd pul vəsaitlərinin müvafiq balans hesabları ilə müqayisə edilməsi, doğru və düzgün müxabirləşmələri sistemə daxil edilməsi;
  • XÖHKS, AZİPS, SWİFT, Apus, Zolotaya Korona, Western Union və sairə pul köçürmə sistemləri ilə əməliyyatların aparılması;
  • Əməliyyat günün yekunu üzrə günlük əməliyyatları yoxlamaq;
  • Əməkdaşı olduğu strukturun büdcə və hədəflərinin həyata keçirilməsi üzrə öhdəliklərinin vaxtında və düzgün icra edilməsi və bu hədəflərin izlənməsi;
  • Tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
  • Daxil olan sorğu və məktubların, müştəri şikayətlərinin araşdırılaraq cavablandırılması.
  • Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.
  • İş Yeri: Park Bulvar filialı

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Əməliyyatçı xəzinədar” qeyd etməyiniz xahiş olunur.

 

Baş Mühasib

Son tarix 29 may 2023 [email protected]

Tələblər: 

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Mühasibatlıq üzrə ən azı 3-5 il iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;

İş haqqında: 

  • Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil edir;
  • Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin edir;
  • Müəssisəyə ziyan dəymə, maliyyə, vergi, təsərrüfat qanunvericiliklərinin pozma hallarının qarşısının alınmasına dair tədbirlər görür;
  • Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin edir;
  • Mühasibat uçotuna aid yeni sənədlərin işlənib hazırlanması, cari sənədlərin unifikasiyasını, uçot-hesablama işlərinin effektiv vasitələrinin yeridilməsi işlərinə rəhbərlik edir;
  • Qanunvericiliyə uyğun dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunun təşkil edilməsi və hesabatların işlənib hazırlanması və təqdim edilməsi.
  • Mühasibat, vergi uçotu və DSMF ilə bağlı əməliyyatları aparır;
  • Statistika hesabatlarının vaxtında təqdim olunmasını təmin edir;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir;
  • Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
  • Əmək haqqının hesablanmasını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna, İcbari Tibbi Sığorta Fonduna ayırmaları hesablamaq və vaxtında aidiyyatı üzrə ödənilməsini təmin edir;
  • Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor borclara nəzarəti təmin edir;;
  • Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və üzləşmə aktlarının tərtibi

İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş Mühasib” qeyd etməyiniz xahiş olunur.

 

Sənədləşdirmə üzrə mütəxəssis

Son tarix 29 may 2023 [email protected]

Tələblər: 

  • Ali Hüquq təhsilli olmalı;
  • Müvafiq sahə üzrə iş təcrübəsi olması arzuolunandır;
  • Dövlət orqanları ilə işləmək bacarığı olmalı;
  • Rəsmi sənəd hazırlamağı bacarmalı;
  • Yüksək ünsiyyət bacarığı olmalı.
  • Ms Office proqramlarını bilməli.

İş barədə məlumat:

  • Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması
  • İşlə bağlı məlumatların və problemlərin rəhbərliyə çatdırılması;
  • Rəhbərliyin verdiyi tapşırıqları vaxtında yerinə yetirilməsi;
  • Cəmiyyət daxili sənəd axınının idarə olunması;
  • Sənədlərin, müqavilələrin düzgünlüyünün yoxlanılması və redaktə edilməsi;
  • Gömrüklə bağlı sənədlərin hazırlanması;
  • Gübrə məhsullarının araştırılması.

İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00

Ünvan: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sənədləşdirmə üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

Kiber təhlükəsizlik üzrə mütəxəssis

Son tarix 29 may 2023 [email protected]

Tələblər:

  • Ali təhsilli olmalı;
  • OWASP Top 10 və MITRE ATT&CK kimi çərçivələrdə təsvir olunan zəiflikləri və hücum texnikalarını bilməli
  • Pentest alətləri ilə iş təcrübəsi (nmap, metasploit, burp suit, Kali Linux və s.);
  • İnsidentlərin aşkarlanması və aradan qaldırılması;
  • NGFW, WAF, Web Proxy, AV kimi təhlükəsizlik sistemlərinin idarə olunması.
  • İngilis dili biliyi üstünlükdür;
  • CEH, OSCP, LPT, OSCE, OSWE, CISSP sertifikatlarından birinin olması üstünlükdür;
  • Skript dillərlə işləmə bacarığı olması üstünlükdür;
  • Bank sektorunda təcrübəsi olması üstünlükdür;
  • İnformasiya Təhlükəsizliyi sahəsində ali təhsil olması üstünlükdür.
  • Analitik problem həlletmə bacarığı olmalı.

İş haqqında məlumat:

  • Boşluqların aradan qaldırılması və sızma testlərinin həyata keçirilməsi;
  • Kodların analiz edilərək mövcud boşluqlarının aşkarlanması;
  • Hücumların simulyasiyası;
  • Email GW, Web Proxy, WAF, Endpoint Protection kimi təhlükəsizlik sistemlərinin konfiqurasiya, dəstək və idarə edilməsi;
  • Bankda təhlükəsizlik risklərinin müəyyənləşdirilməsi;
  • Yeni təhlükəsizlik araşdırmaların nəticələrinin daim izlənməsi;
  • Mövcud olan zəiflik aşkarlama mexanizmlərinin və vasitələrinin təkmilləşdirilməsi.

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kiber təhlükəsizlik üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

IT avadanlıqlarının təchizatı üzrə kiçik mütəxəssis

Son tarix 29 may 2023 [email protected]

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Müvafiq sahədə təcrübəsi olması üstünlükdür;
  • IT avadanlıqlarından anlayışlı olmalı;
  • Dəqiq və məsuliyyətli olmalı;
  • Təqib və ünsiyyət bacarıqları olmalı.

İş haqqında məlumat: 

  • IT anbarında malların qəbulu, saxlanması, hazırlanması, təslim edilməsi və siyahıya almasıyla bağlı bütün fəaliyyətlərin tam və koordinasiyalı şəkildə idarə edilməsi;
  • Şirkət üçün alınan IT cihazlarının tələbinin açılması, gələn malların sənəd və fiziki uyğunluğunu  kontrolu;
  • İstifadə edilən  avadanlıqların uyğun şöbələrə xərclərin göndərilməsi;
  • Gündəlik anbar hərəkətlərinə mütamadi olaraq nəzarət edilməsi, faktiki və sistem üzərindən  məhsulların anbar giriş çıxışlarının həyata keçirilməsinin təmin edilməsi;
  • Anbar ehtiyatını sağlam şəkildə izləyərək, ehtiyac olan avadanlıqların IT rəhbərliyinin tələbləri əsasında satınalma tələblərinin açılması və təqib edilməsi;
  • Yeni IT avadanlıqları üçün inventar nömrəsinin tələbi açılması və təqibi;
  • İstifadə müddətini başa vurmuş inventarların adidiyyatı üzrə təhvil verilməsi;
  • Şirkətdə şöbələr arasında İT cihazlarının yer dəyişməsi zaman müvafiq sənədləşmə işlərinin təqibi;
  • Xidmət aldığımız kənar şirkətlərdən aylıq təqdim edilən hesab-fakturaları kontrol etməli və ödənişin həyata keçirilməsi üçün mühasibata göndərilməsi;
  • Şirkət xaricindəki qurumlarla olan müqavilərləri arxivləşdirilməsini icra edilməsi;
  • IT anbarının daim aktual halda tutulması;
  • Avadanlıqların  ehtiyatı bitmədən  sifarişini açılması;
  • İşdən ayrılan işçilərin IT cıhazlarını mütləq təslim alınması;

İş qrafiki: həftə içi 5 gün

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “ IT avadanlıqlarının təchizatı üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

 

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Son tarix 29 may 2023 [email protected]

Tələblər:

  • Ali təhsilli olmalıdır(marketing, jurnalistika sahəsində olan namizədlərə üstünlük verilir);
  • Ən azı 3 il müvafiq sahədə iş təcrübəsi olmalıdır;
  • İngilis, Rus və Türk dillərində bilməlidir;
  • MS Office proqramları, Adobe Premiere proqramlarını bilməlidir;
  • Yüksək kommunikasiya bacarığı olmalı və təqdimat etməyi bilməlidir;
  • Layihələrin idarə olunmasını və strategiyaların hazırlanması bilməlidir;
  • Yüksək kommunikasiya bacarığı olmalıdır;

İş haqqında məlumat: 

  • Müəsissə daxili və xarici kommunikasiya kanallarını müəyyənləşdirərək müxtəlif layihələri həyata keçirir;
  • Müəsissəyə məxsus bütün markalara xidmət göstərir, markalar üçün müxtəlif sosial layihələr və tədbirlər həyata keçirir;
  • KSM strategiyasının hazırlanması, nəzərdə tutulan vaxt intervalı ərzində planların yazılması, layihələrin həyata keçirilməsinə rəhbərlik edilməsi;
  • Daxili kommunikasiya strategiyasının hazırlanması və layihələrin həyata keçirilməsinə rəhbərlik etmək;
  • İllik tədbirlər planının yazılması, büdcəsinin hazırlanması, korporativ tədbirlərin təşkili;
  • Yerli və Beynəlxalq sərgilərdə müəsissənin iştirakının təmin edilməsi
  • Müxtəlif strukturları və mühüm ictimai institutlarla münasibətlərin qurulması;
  • KSM strategiyası üzrə düzgün imic layihələrinin həyata keçirilməsinə rəhbərlik edilməsi;
  • Korporativ Kommunikasiya siyasətinə uyğun olaraq məqsədlərinə nail olmaq üçün ilə planlama işlərinin təşkilini nəzərdən keçirilməsi və qiymətləndirilməsi;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və optimallaşdırılması üçün müvafiq tədbirlərin görülməsi;
  • Tabeliyində olan işçilərin vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar verilməsi;
  • Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb edilməsi;

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İctimaiyyətlə əlaqələr şöbəsinin – Manager” qeyd etməyiniz xahiş olunur.

 

Ödəniş Kartları Şöbəsinin Aparıcı Mütəxəssisi

Son tarix 29 may 2023 [email protected]

Tələblər:

  • Ali təhsilli (iqtisadi, texniki) olmalı;
  • Plastik Kartlar və Bank işi üzrə 2-3 illik iş təcrübəsi;
  • İngilis dilini yaxşı bilməli;
  • Microsoft Office və Kart proqram bilikləri olmalı;
  • Analitik düşünmə qabiliyyəti, iş planlama qabiliyyəti, stres altında işləmə bacarığı.

İş haqqında məlumat:

  • Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlayır və\və ya həmin hesabatların hazırlanmasını təmin edir;
  • Kredit kartlara gələn reject əməliyyatlara nəzarət edərək əməliyyatların kartlarda əks olunması üçün Prosesinq Mərkəzi ilə əlaqə qurur;
  • HÖP (Hökümət Ödəniş Portalı) ödənişlərinə nəzarət edir və lazımi müxabirləşməni icra edir;
  • Ödəniş sistemlərindən gələn etiraz əməliyyatlarına (chargeback) nəzarət edir  və Beynəlxalq Ödəmə Sistemləri qaydalarına uyğun olaraq, hərəkət edir;
  • Visa və MasterCard web tətbiqlərinə nəzarət edir; lazımı güncellemeleri tetbiq edir
  • Bank ödəmə sistemi proseslərinin Visa, Master, Milli Kart və BKM ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra edilməsinə nəzarət edir. Uyğunsuzluq müəyyən edildiyi təqdirdə rəhbərinə məlumat verir;
  • Visa, Master, Milli Kart və BKM ödəmə sisteminin qayda yeniləmələrini təqib və icra edir, ya da prosesinq mərkəzi tərəfindən icrasına nəzarət edir;
  • Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar əldə edə bilmədiyi məlumatların tələb daxilində hazırlayıb məlumat verilməsini təmin edir;
  • Bank, filial və digər bölmələrin plastik kartlar ilə əlaqədar icra edə bilmədiyi müxabirləşmələri tələb daxilində icra edir;
  • Plastik kartlar prosesinin qanunvericiliyə əsasən, bankın tarif və qaydalarına uyğun olaraq işləməsini təmin edir və bu prosese nəzarət edir;
  • Ödəmə sistemləri ilə əlaqədar, Beynəlxalq təlim də daxil olmaq üzrə təlim təqviminə nəzarət edərək faydalı təlimlər haqqında müdirinə təklif verir;
  • Internet və Mobil bankçılıq üçün yeni müştəri açılışı və şifrə sıfırlama proseslərini təqib edərək lazımı mərhələləri icra edir;
  • Kart proqramında icra edilən mühasibatlıq düzəlişləri əməliyyatları üçün bank proqramında lazimi müxabirləşmələri icra edir;
  • Kart proqramında limit dəyişikliyi, kart basımı, kart yeniləmə qeydlərinə nəzarət edir;
  • Müştəri (Kart və POS) çıxarışlarının SMS və e-mail ilə göndərilməsini təmin edir və prosesə nəzarət edir;
  • Problemli kredit və kart müştərilərinin qətnaməyə əsasən faiz hesablanmasının dayandırılması və/vəya dəyişdirilməsi və qətnaməyə əsasən əlaqədar strukturun tələbi və təsdiqi daxilində müxabirləşmələri icra edir;
  • Kart və pin zərf qalıqlarına nəzarət edərək rəhbərinə məlumat verir;
  • Filiallarda və Prosesinq mərkəzində personalizasiya edilmiş və ya edilməmiş pin zərf və kart qalıqlarına nəzarət edir;
  • Kart sistemində müddəti bitmiş kartların ekstre borclarının tam olaraq kartda əks  olunmasına nəzarət edir;.
  • POS Müştərisi tələbi əsasında geri qaytarma və ləğv etmə əməliyyatlarını icra edir;
  • Filiallardan gələn tələblər əsasında plastik kartların sistemdə yaradılmasını təmin edir;
  • Plastik kartların və PIN zərflərin hazırlanması barədə sərəncamları hazırlayır, MilliKart prosessinq mərkəzinə Plastik kartların və PIN zərfləri sifariş edir.
  • PIN zərflərin və kartların sayına nəzarət edir və lazım olan zaman yeni zərflərin və kartların alınması üçün departament müdirinə / Şöbə rəisinə təklif verir;
  • Əmək haqqlarının hesablara yatırılmasını həyata keçirir, işlemin icrasının yerel mevzuata uygun olarak icra edilmesini temin edir;
  • Hazırlanmış kartları Milli Kart prosessinq mərkəzindən təhvil-təslim aktları əsasında  qəbul edir və yoxladıqdan sonra filiala\müştərilərə (filiallara) təhvil verilməsi üçün departamentin digər işçisinə təhvil verir və\və ya filiala\müştəriyə birbaşa təhvil verilməsi prosesində iştirak edir;

İş Şərtləri: Həftə içi 5 gün

İş Yeri:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Ödəniş Kartları Şöbəsinin Aparıcı mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.