“AZINTELECOM” işçi axtarır – VAKANSİYA

AZINTELECOM

Sınaq laboratoriyası bölməsinin mühəndisi

Son tarix 20 dek 2023 – [email protected]

Vəzifə öhdəlikləri:           

  • Laboratoriya avadanlıqlarının istismarı;
  • Telekommunikasiya vasitələrinin və qurğularının nümunələrin təhvil-təslimi və qeydiyyatının aparılması;
  • Daxil olan sertifikatlaşdırma sifarişləri əsasında telekommunikasiya vasitələrinin və qurğularının uyğunluq sınaqlarının yerinə yetirilməsi;
  • Sınaq nəticələrinin sənədləşdirilməsi (sınaq protokollarının tərtib edilməsi) və sınaq nəticələrinin qeydiyyatının aparılması;
  • Daxil olan sertifikatlaşdırma sifarişləri əsasında telekommunikasiya vasitələrinin və qurğularının uyğunluğunun qiymətləndirilməsinin və müvafiq sənədləşmənin yerinə yetirilməsi;
  • Laboratoriya avadanlıqlarının periodik texniki baxışın keçirilməsi;
  • Laboratoriya daxili və xarici tutuşdurma sınaqlarının aparılması;
  • Qeyri-müəyyənlik ölçmələrinin aparılması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icra edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Fizika, radiotexnika və rabitə sahəsi üzrə);
  • IT və telekommunikasiya, elektrik və radioölçmələr, metrologiya, standartlaşdırma və sertifikatlaşdırma sahələrinə dair biliklər;
  • Fəaliyyət istiqamətinə aid məlumatları əldə etmək bacarığı;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan; rus və ya ingilis dilləri sərbəst (arzuolunan)
  • İSO/EN 17025 üzrə sertifikatın olması arzuolunan
  • Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
  • Multi-tasking qabiliyyəti;
  • Güclü analitik düşünmə qabiliyyəti;
  • Təhlil etmə və problemləri effektiv həll etmə bacarıqları;
  • Komanda ilə işləmə bacarığı;
  • Davamlı öyrənmə və özünü inkişaf etdirmə bacarığı.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.