Avstraliya birdəfəlik elektron siqaretlərin idxalını qadağan edəcək

Avstraliyada hökumət birdəfəlik elektron siqaretlərin gənclər arasında “həyəcanverici” populyarlığına görə 2024-cü il yanvarın 1-dən ölkəyə idxalının qadağan ediləcəyini açıqlayıb.

İndex.az xəbər verir ki, rəsmi rəqəmlərə görə, əhalinin 12 faizindən azının gündəlik siqaret çəkdiyi ölkədə 14-17 yaşlı gənclərin təxminən 15 faizi elektron siqaretdən istifadə edir.

“Elektron siqaretlərin böyük əksəriyyətində nikotin var və uşaqlar onlara aludə olurlar”, – deyən Səhiyyə Naziri Mark Batler bunun daha da “narahatedici” olduğunu, çünki elektron siqaret istifadəçilərinin də tütün çəkmə ehtimalının 3 dəfə çox olduğunu bildirib.

Səhiyyə naziri onu da bildirib ki, birdəfəlik elektron siqaretlərin idxalına qoyulan qadağaya 2024-cü ilin son aylarında belə məhsulların ölkədə istehsalı və satışı da daxil olacaq.