“Apple” 100-ə yaxın əməkdaşını işdən çıxarıb

ABŞ-ın “Apple” şirkəti ötən həftə ərzində müqavilə ilə çalışan 100-ə yaxın əməkdaşını işdən çıxarıb.

İndex.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, işdən çıxarılan əməkdaşlar korporasiya üçün yeni kadrların seçimi ilə məşğul olurdu. Qeyd olunur ki, “Apple”ın ixtisara düşən işçilərinə bildiriblər ki, bu, cari biznes tələbatlarında dəyişikliklərlə əlaqədar həyata keçirilir.