“Android” istifadəçiləri niyə “iPhone” modellərinə keçirlər?

Niyə insanlar “iPhone”u “Android”dən üstün tuturlar?

İndex.az xəbər verir ki, “Consumer Intelligence Research Partners” (CIRP) tərəfindən aparılan araşdırmada istifadəçilərin “Android” əvəzinə “iPhone2 modellərinə keçməsinin səbəblərini açıqlayıb.

“Android”dən daha çox “iPhone”a üstünlük verən istifadəçilər tərəfindən verilən dörd ən ümumi səbəb bunlardır:

“Android” modeli köhnəlib və ya xroniki problemləri var

İstifadəçilərin əhəmiyyətli bir hissəsi köhnə “Android” telefonunun xroniki problemləri səbəbindən “iPhone”dan istifadə etməyə başlayır. Xüsusilə, “Android” istehsalçıları üç ildən artıqdır ki, hətta flaqman modellərini yeniləmək istəmirlər. Bu, istifadəçiləri “iPhone” almağa sövq edir.

Yeni telefon xüsusiyyətləri

“iPhone”a keçən “Android” istifadəçiləri yeni “iPhone” xüsusiyyətlərini də nəzərə alırlar. Yeni “Android” modelləri bəzi aspektlərdə “iPhone”u qabaqlasa da, “iPhone” hər yeni yeniləmə ilə yeni xüsusiyyətlər qazanır. Üstəlik, “Apple” hər bir “iPhone” modeli üçün beş illik yeniləmə zəmanəti verir. Bu, istifadəçilərin keçidi üçün vacib amillərdən biridir.

Xərc

“iPhone” ümumiyyətlə flaqman “Android” modelindən daha ucuz başa gələ bilər. Yenə açıqdır ki, istifadəçilər ikinci əl satış qiymətləri və uzun müddətli istifadə kimi faktorları da nəzərə alırlar.

Ailəvi əlaqə

“Android” yerinə “iPhone”a üstünlük verən bəzi istifadəçilər ailələri və mühitləri ilə daha asan inteqrasiya oluna biləcək bir əməliyyat sistemi üçün “iPhone”a keçirlər. Xüsusilə “FaceTime” və “iMessage” kimi iOS-a xas proqramlar bu seçimdə əhəmiyyətli bir paya malikdir.

“Android” əvəzinə “iPhone”a üstünlük verən istifadəçilərin nisbəti aşağı görünsə də, bildiyiniz kimi “iPhone” hər il cəmi dörd modellə çıxır. Bu mənada “Android” istifadəçilərinin ümumi sayı həmişə “iPhone”u xeyli qabaqlayır. Bu mənada 2023-cü ilin rəqəmlərinə görə “Android” istifadəçi nisbəti yüzdə 61, “iPhone” isə 39 faizdir.