Analitiklərdən ABŞ-la bağlı həyəcan siqnalı

Analitiklər ABŞ-ın borc limiti böhranının uzanması ilə bağlı xəbərdarlıq edib.

İndex.az xəbər verir ki, ABŞ federal hökumətinin 31,4 trilyon dollarlıq borc həddinə çataraq nağd pul çatışmazlığı ilə üzləşməsi ilə bağlı hələ də borc limiti danışıqlarında razılıq əldə olunmasa da, analitiklər uzunmüddətli defoltun ABŞ iqtisadiyyatını işsizliyin artmasına səbəb ola biləcək dərin depressiyaya sürüklədiyini bildiriblər.

Analitiklərin fikrincə kreditə çıxışın azaldılması və birjadakı itkilər ABŞ-a tənəzzülə uğrayacağı barədə xəbərdarlıq edir.

Bazarlar ABŞ-ı sarsıdan borc böhranının ölkəni tənəzzülə sürükləməsi halında nələrin baş verə biləcəyini diqqətlə izlədiyi bir vaxtda, ABŞ hökumətinin defolt etməməsi və böhranın tez bir zamanda həll edilməməsi iqtisadiyyata böyük zərə vura bilər.