Amsterdam Aİ-də ən yüksək turist vergisi tətbiq edir

2024-cü ildən Amsterdam hakimiyyəti turist vergisini artıracaq. Məlumata görə, vergi səyahətçilərin hotel otağının qiymətinin 12.5%-nə çatacaq. Eyni zamanda, kruiz gəmilərinin sərnişinləri üçün ayrıca tədbirlər müəyyən ediləcək – belə turistlər adambaşına 8 avro əvəzinə 11 avro vergi ödəyəcəklər.

Orta hesabla, şəhərin maliyyə direktorunun sözlərinə görə, vergi artımından sonra turistlər 175 avroya başa gələn bir otaq üçün gecəlik 22 avro ödəyəcəklər. Qeyd edək ki, Amsterdam dünyanın dördüncü ən çox turist vergisi olan şəhəri olacaq.

Ester van Buurenin fikrincə, verginin artırılması turistlərin həddindən artıq çox olmasının öhdəsindən gəlməyə kömək etməyəcək, lakin şəhərin gəlirlərini artıracaq. Turist vergisini artırmaqla Amsterdam hakimiyyəti 2024-cü ildə büdcəyə 65 milyon avro cəlb etməyi planlaşdırır.