Almaniya 2023-cü il üçün artım proqnozunu yüksəldib

İstehsal sektorunda canlanma ilə Almaniya hökuməti 2023-cü il üçün artım proqnozunu yüksəldib.

İndex.az xəbər verir ki, Almaniya İqtisadiyyat Nazirliyi bu il üçün artım proqnozunu 0,2%-dən 0,4%-ə yüksəldib.

İqtisadiyyat naziri Robert Habeck çətin günlərdə şirkətlərə və ev təsərrüfatlarına dəstək verdiklərini və enerji qiymətlərindəki artımın cilovlandığını ifadə edərək, davam edən çətin mühitə baxmayaraq, iqtisadiyyatın tədricən toparlanma yolunda olduğunun bildirib.

Hesabatda Almaniya iqtisadiyyatından 2024-cü il üçün artım gözləntiləri 1,8%-dən 1,6%-ə enib.

Hesabata görə, inflyasiya 2024-cü ildə 5,9%-dən 2,7%-ə enəcək.