“Alibaba” “ChatGPT”yə rəqib hazırlayıb

“Alibaba” qısa müddətdə sürətlə yayılan “ChatGPT” çatbotuna rəqib hazırlayıb.

İndex.az xəbər verir ki, şirkətin bulud hesablama bölməsi olan “Alibaba Cloud” bəzi korporativ müştərilərinə süni intellekt çatbotlarına rəqib olan “Tongyi Qianwen” adlı modelini sınaqdan keçirə bilmələri üçün dəvət kodları göndərməyə başlayıb.

“Alibaba Cloud”un internet saytının yalnız Çin dilində xidmət göstərməsi səbəbindən inkişaf etdirilən süni intellekt vasitəsinin ilk növbədə ana dilində istifadə oluna biləcəyi düşünülür.