Albaniya – İtaliya oyununa 5.60 əmsallıq PROQNOZ

Bu gün saat 23:45-də Dünya Çempionatına gedə bilməyən Albaniya və İtaliya yığmaları yoldaşlıq oyununa çıxacaq. Oyun necə bitəcək? Cavabı proqnozumuzdan öyrənin.

ALBANİYA

Albaniya millisi DÇ-na qatılmaq üçün iddialı sayılmasa da, mundialın seçmə mərhələsində çox ciddi rəqabət yarada bildi. DÇ-nın seçmə mərhələsində Rumuniya üzərində qazanılan qələbə (1:0) Eduardo Reyin komandası üçün hazırda qazandıqları sonuncu qələbədir və əvvəlki 9 oyunda heç bir uğur əldə edə bilməyiblər. Albaniya millisi Millətlər Liqasında öz qrupunda sonuncu yeri tutdu.

İTALİYA

İtaliya doğma azərkeşləri önündə Makedoniya millisinə uduzaraq (1:2) Dünya Çempionatına vəsiqəni əldən verib. Bu uğursuzluğa Roberto Mançini komandası Millətlər Liqasında davam etmədi. İngiltərə (1:0) və Macarıstan (2:0) üzərində qazanılan 2 qələbə sayəsində italyanlar qalan rəqiblərini üstələyərək qrupda 1-ci yeri tutdu.

PROQNOZ

Albaniya İtaliyadan hər cəhətdən geri qalır. Amma dünya futbolunun nəhəngləri ilə qarşılaşmaya çox ciddi şəkildə hazırlaşacaqlar. İtalyanlara gəlincə isə, onlar Millətlər Liqasındakı uğurlu çıxışdan sonra yaxşı əhval-ruhiyyə ilə Tiranaya gələcəklər. Çətin ki, Albaniya millisi azərkeşlərini bugün qələbə ilə sevindirə bilsin. İnanırıq ki, qonaqlar bütün göstəricilərdə tam üstünlüyə malik olub, rəqibi asanlıqla məğlub edəcəklər.

İlk proqnozumuz – İtaliyanın fora ilə (-1) qələbəsidir – 1,88

İtalyanlar son vaxtlar yaxşı müdafiəsi ilə seçilir. Albanlar bugün rəqibə qol vurmaya da bilər. Çünki İtaliya millisi son oyunlarda daha güclü rəqiblərinə qarşı belə qapısını toxunulmaz saxlaya bilib. Albaniya millisinin də müdafiədə yaxşı olduğunu nəzərə alsaq oyunun bol qollu olacağını gözləmək mənasızdır.

İkinci mərcimiz oyunda maksimum 2 qolun olacağıdır – 2,5 ALT (1.80)

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 0:2 – 5.60

1-ci hissə qol cəmi – 1.5 ALT (1.35)

İtaliya ilk hissədə qol vuracaq – 1.69