Afrika İttifaqı G20-yə daimi üzv olub

Afrika İttifaqı “Böyük İyirmiliy”ə (G20) daimi üzv olub.

İndex.az xəbər verir ki, bu barədə qərar G20-nin Hindistanda keçirilən sammitində qəbul olunub.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün “X” hesabında bundan məmnunluğunu ifadə edib.

Qeyd edək ki, G20-də təmsil olunan daha bir təşkilat Avropa İttifaqıdır.