“Aeroflot” martda Gəncəyə uçuşlara başlayır

Martın 5-dən etibarən “Aeroflot” Moskvadan Gəncəyə müntəzəm reyslərə başlamağı planlaşdırır.

İndex.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Uçuşlar həftədə bir dəfə “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək.

Gəncə “Aeroflot”un uçuşlar həyata keçirəcəyi Azərbaycanın ikinci şəhəridir. Hazırda aviaşirkət Bakıdan Moskvaya və Sankt-Paterburqa, törömə şirləti olan “Rossiya” isə Soçidən uçuşlar yerinə yetirir.