Azneft dairəsi bu tarixdən bağlanır – DİQQƏT!

Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-Prisi ilə bağlı iyun ayının 6-dan etibarən Azneft dairəsi bağlanacaq. 

İndex.az xəbər verir ki, bu müddət ərzində sürücülər alternativ yollardan istifadə edə biləcəklər.

Qeyd edək ki, yarış ilə bağlı tamamlanma işləri yekunlaşıb. Ərazidə tamaşaçılar üçün 9 tribuna quraşdırılıb ki, onlardan ən irisi “Abşeron” adlanır.

“Formula 1” Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Mövzu ilə bağlı “Xəzər Xəbər”in videomaterialını təqdim edirik: