ADIF-in keçmiş icraçı direktoruna yeni vəzifə verilib

Əmanətlərin Sığortalanması Fondunun (ADIF) keçmiş icraçı direktoru (2007-2017-ci illər) Azad Cavadova yeni vəzifə verilib.

“Report”un əldə etdiyi məlumata görə, o, “Finex Kredit” bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının sədri təyin edilib.

A.Cavadov BOKT-un rəhbərliyində Rəşad Qasımovu əvəz edib.

Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb.