ADDA kafedra müdiri vəzifəsi üzrə iki vakansiya elan edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA)  “Gəmi energetik qurğuları” və “Humanitar fənlər” kafedralarına “müdir” vəzifəsi üzrə müsabiqə elan edib.

Namizədlərdən profilə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və dərəcə, ən azı 5 il elmi-pedaqoji təcrübə tələb edilir.

Müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:

-Kadrlar uçotunun şəxsi vərəqəsi;

-Tərcümeyi-hal;

-Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;

-Elmi və elmi-metodiki işlərin siyahısı;

-Kafedra müdirinin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması

Sənədlər rektorun adına yazılmış ərizə ilə birlikdə ADDA-nın əsas binasına (Bakı şəhəri, akademik Zərifə Əliyeva küçəsi 18) təqdim edilməlidir. Sənədlərin təqdim olunması üçün son tarix 20 noyabr 2022-ci ildir.

Əlaqə telefonu: 404 37 00 (daxili 3220)

Mənbə – Seanews