ADA Universiteti 217 min manatlıq aviabilet alıb

ADA Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

İndex.az xəbər verir ki, tenderin qalibi “Royal Travel” MMC (VÖEN – 1400877801) olub.

Tender müsabiqəsinin şərtlərinə görə, “Royal Travel” MMC ADA Universitetinə 217 min 224 manat dəyərində 210 ədəd aviabilet satacaq. Bir ədəd aviabiletin orta qiyməti 1034  manat təşkil edəcək.
Universitetdən verilən açıqlmada göstərilir ki, aviabiletlər hər istiqamət üzrə 14 bilet olmaqla ümumilikdə aşağıdakı 15 istiqamət üzrə satın alınıb.

Qərbi Avropa (gediş- dönüş) 14 nəfər
Şərqi Avropa (gediş- dönüş) 14 nəfər
Şimali Avropa (gediş- dönüş) 14 nəfər
Cənubi Avropa (gediş- dönüş) 14 nəfər
Yaxın Şərq (gediş- dönüş) 14 nəfər
Uzaq Şərq (gediş- dönüş) 14 nəfər
Cənubi Asiya (gediş- dönüş) 14 nəfər
Mərkəzi Asiya (gediş- dönüş) 14 nəfər
Şimali Amerika (gediş- dönüş) 14 nəfər
Mərkəzi Amerika (gediş- dönüş) 14 nəfər
Cənubi Amerika (gediş- dönüş) 14 nəfər
Avstraliya və Yeni Zenlandiya (gediş- dönüş) 14 nəfər
Şimali Afrika (gediş- dönüş) 14 nəfər
Mərkəzi Afrika (gediş- dönüş) 14 nəfər
Cənubi Afrika(gediş- dönüş) 14 nəfər


Məlumat üçün bildirək ki, “Royal Travel” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hüseynov Nazim Hikmət oğludur.

Mənbə – Yeniavaz