Ət bahalaşdı

Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.

Cəlilabaddakı satıcılar bilrdirirlər ki, bir neçə gündür  bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub. Buna səbəb diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır.

Tovuzda yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəzyyəti təsərrüfat sahiblərinin diri heyvanı  baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir. Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.