“Əmək bazarı güclü qalsa da, inflyasiya azala bilər”

ABŞ Maliyyə Naziri Janet Yellen əmək bazarının güclü qalmasına baxmayaraq, inflyasiyanın azala biləcəyini bildirib.

İndex.az xəbər verir ki, CNBC-yə danışan Janet Yellen inflyasiyanın azaldılmasının əhəmiyyətinə toxunaraq bildirib ki, hökumət bu mənada FED-in səylərini dəstəkləyir.

Yellen qarşıdakı 2 ildə inflyasiyanın inkişafını yaxından izləməyə davam edəcəklərini bildirib.

Borc limiti razılaşmasının Amerika xalqı üçün “qalib” razılaşması olduğunu ifadə edən Yellen, bu mövzuda razılaşma olmadığı halda, iqtisadi tənəzzül gətirib çıxaracağını söyləyib.