Suriyada Sednayadakı ölümlərə görə məsul olan yüksək vəzifəli məmur həbs edildi

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) Suriyanın yeni hökumətinin keçmiş lider Bəşər Əsədin dövründəki məhşur Sednaya həbsxanasında minlərlə insanın ölümünə səbəb olan yüksək vəzifəli məmurları həbs etdiyini açıqlayıb.

İndex.az xəbər verir ki, cümə axşamı sahildəki Tartus şəhərində təhlükəsizlik qüvvələri ilə onu qorumaq istəyənlər arasında toqquşma nəticəsində Məhəmməd Kanjo Əl Həsən 20 nəfərlə birlikdə həbs edilib.

Əl-Həsən, Heyət Təhrir əl-Şamın (HTS) başçılıq etdiyi döyüşçülər bu ayın əvvəlində Bəşər Əsədi devirən blitskriqi başlatdıqdan sonra həbs edilən ən yüksək rütbəli məmurdur.

Əl Həsən 2023-cü ildə Britaniya hökuməti tərəfindən Suriyadakı mülki əhaliyə təzyiq göstərdiyi üçün sanksiyaya məruz qalıb.