Sürətlə ucuzlaşan “Bitcoin” yenidən bahalaşıb

İsrail ordusunun İrana hücum etməsi xəbərindən sonra 60 min dollardan aşağı düşən “Bitcoin” yenidən bahalaşıb.

İndex.az xəbər verir ki, “Bitcoin”in dəyəri son bir neçə saat ərzində 65 min dollara yaxınlaşıb.

Belə ki, “Coinmarketcap” analiz şirkətinin yaydığı məlumata görə, hücum xəbərindən sonra ABŞ dollarının məzənnəsi yüksəldiyi üçün “Bitcoin”in qiyməti 5,6%-dən çox azalaraq 59 min 961 dollar enib.

Lakin bu gün “Bitcoin” yenidən dəyərlənərək 65 min dollara yaxınlaşıb.

Martın 14-də 73 min 750 dollara qədər yüksələrək rekord həddə çatan “Bitcoin”, son 37 gündə 15%-dən çox ucuzlaşıb.

Bazar dəyərinə görə ikinci yerdə olan “Ethereum”un qiyməti isə 3 min dollardan aşağı düşərək 2 min 997 dollara enib.