Şotlandiya Liberal Demokrat Partiyasının əldə etdiyi statistikaya əsaslanaraq, maddə asılılığı ilə doğulan körpələrdə rast gəlinən “Yeni doğulmuş abstinens sindromu (NAS)” haqqında hesabat hazırlanıb.
İndex.az xəbər verir ki, məlumata görə, 2017-ci ildən bəri 1501 körpə NAS ilə doğulub və buna səbəb kimi anaların hamiləlik dövründə istifadə etdiyi qanuni və ya qeyri-qanuni narkotik vasitələr göstərilib.
Paytaxt Edinburqun da yer aldığı Lothian bölgəsində 774 körpə narkotik aludəçisi olaraq doğularkən, Qlazqo və Klayd bölgəsində 221 körpə, Aberdin əyalətinin də daxil olduğu Qrampiyan bölgəsində 209 körpə narkotik aludəçisi olaraq doğulub.
Hesabatda narkotik asılılığı ilə doğulan körpələrdə idarəolunmaz titrəmələrin, hiperaktivliyin, dəri səpgilərinin və yüksək səslə ağlamanın müşahidə edildiyi də bildirilib.