Azərbaycanlı bloqer taksi sürücüsünə avtomobil hədiyyə etdi - VİDEO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov Moskvada taksi sürücüsünə avtomobil hədiyyə etməklə gündəmə gəlib.

İndex.az xəbər verir ki, bloqer insanların kömək istəyən birinə münasibətini nümayiş etdirmək məqsədilə sosial eksperiment keçirib. Sürücülərə yaxınlaşaraq pulu olmadığını və onu gedəcəyi ünvana pulsuz aparmalarını xahiş edib.

Buna da bax: Bu metrostansiya gələn il istifadəyə veriləcək – VİDEO

Bir neçə taksi sürücüsü etiraz etdikdən sonra, nəhayət razılaşan tapılıb. Yolboyu söhbət zamanı taksi sürücüsünün Qırğızıstandan olduğu, qızının əməliyyata ehtiyacı olduğu kimi məqamlar üzə çıxıb.

Sonda Hüseyn Həsənov sürücüyə sürdüyü avtomobilin eynisini alaraq hədiyyə edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT