Fransanın Azərbaycandakı Səfirliyinə işçi tələb olunur

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Kommunikasiya üzrə məsul şəxs

Son tarix 26 noyabr 2021

İş mühiti : Kommunikasiya üzrə məsul şəxs Fransa səfirliyinin kommunikasiya və mətbuat xidmətində calışacaq. O, səfirliyin kommunikasiya məsələsini həyata keçirəcək.

Vəzifələr və öhdəliklər:

Kommunikasiya / Community management:
Səfirlik üçün kommunikasiya strategiyasının hazırlanması və həyata keçirilməsi;
Səfirliyin kommunikasiyası üçün məzmunun yaradılması (loqotiplər, kompüter qrafiki, fotolar, video kliplər, müsahibələr və s.) ;
Səfirliyin internet səhifəsi üçün Fransız və Azərbaycan dillərində məqalələr yazmaq ;
Mətbuat attaşesi ilə birlikdə səfirliyin sosial şəbəkələrinin idarə olunması (Facebook, Twitter, Instagram və s.) ;
Mətbuatda (radio-televiziya, internet mediası və s.) və sosial şəbəkələrdə xəbərlərin monitorinqi ;
Səfirliyin ehtiyaclarına uyğun digər müxtəlif tapşırıqlar.
Tərcümə-tərcümə: Fransız - Azərbaycan
Sənədlərin Fransız dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi (məqalələr, müsahibələr, press-relizlər, inzibati sənədlər, veb sayt və sosial şəbəkələr üçün məqalələr);
Səfir və səfirlik işçilərinin rəsmi görüşləri zamanı Fransız dilindən Azərbaycan dilinə və əksinə tərcümə.
Siyasi təhlil (mətbuat attaşesinə dəstək) : Məsul şəxs səfirliyin mətbuat attaşesi ilə birlikdə çalışacaq. Beləliklə, onu vaxtaşırı əvəz etməli olacaq.

Siyasi xəbərlərin monitorinqi ;
Mətbuat xülasələrinin, təhlil sənədlərin, siyasi, iqtisadi və mədəniyyət xadimlərinin tərcümeyi-hallarının və s. hazırlanması.
Namizədə dair tələblər:
Bacarıqlar:
Texniki biliklər :

Sosial şəbəkələr (Facebook, Twitter, Instagram, Telegram və s.) haqqında mükəmməl məlumatlı olmaq və səfirliyin veb saytının idarə olunması ;
Kompüter qrafika proqramlarının (Illustrator, InDesign, Photoshp, Scribus, Gimp) və video montaj ustalığı (Adobe Première Pro, final Cut Pro və s.) ;
Fotoqrafiya bacarıqları;
Arzu olunan dillər:

azərbaycan dili (ana dili)
fransiz dili bilikləri
ingilis və ya rus dilini bilməsi üstünlük təşkil edir
Redaktə etmə bilikləri:

Analitik bacarıq və redaktə etmə bacarığı ;
Mətbuat xülasələri, təhlil sənədləri və s.
Şəxsi keyfiyyətlər:
Yaxşı təqdimatmə bacarığı, dəqiqlik, protokol hissi ;
Təmkinlik, etibarlılıq, məxfilik ;
Çeviklik və asudə vaxtının olması
İş şəraiti:
İş qrafiki:

Bazar ertəsindən cümə gününə qədər, tam iş qrafiki 9:00-13.00 və 14:30-dan 18:00-ə qədər (cümə günləri 17:30 qədər);
Yüksək çeviklik tələb olunur (ehtiyac olduqda axşam və / və ya həftə sonları iş).
Əmək müqaviləsi:
Yerli müqavilə : 1 illik yenilənə bilən müddətli müqavilə (Müddətsiz iş müqaviləsi mümkündür) ;
Səfirliyin əmək haqqı çərçivəsində aylıq ümumi əməkhaqqı – 2 500 AZN (dərəcə 6) ;
Əmək haqqı iş stajına görə və yaşayış minimumu ilə əlaqədar hər il + 0,8 % artırılır ;
İşə qəbul prosesi:
Namizədliyin irəli sürülməsinə dair qayda : Fransız dilində tərtib olunan Tərcümeyihal + Niyyət məktubu (tövsiyə məktubları qiymətləndirilir) Xanım Mathilde GIRAUDya, Səfirliyin Baş Katibliyinə, ancaq elektron poçtla göndərilməli, mövzu aşağıdakı kimi olmalıdır : « AMBFRAZ İş elanı / Kommunikasiya üzrə məsul şəxs : Soyad Ad ».

mathilde.giraud@diplomatie.gouv.fr

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT