Əhalimizin 35 faizi CAVANLARDIR

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda yaşı 65-dən yuxarı şəxslər əhalinin yeddi faizini təşkil edir və bu, regionun başqa ölkələri ilə müqayisədə pis göstərici deyil.

İndex.az xəbər verir ki, bunu 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Bakıda fəal və sağlam yaşlanma mövzusuna həsr olunmuş sərgidə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib.

F.Babayev qeyd edib ki, regionda olan digər dövlətlərin böyük problemi cavan təbəqənin azlıq təşkil etməsidir: “Cavan təbəqə az olduqda ümumi strukturda yaşlıların sayı artır. Müqayisə üçün digər region dövləti olan Ermənistana baxsaq, orada əhalinin sayı 2 milyon yarımdır. Cavan təbəqə əhalinin 20 faizini təşkil edir. Belə olduğu halda iqtisadi aktiv təbəqənin də sayında azalma baş verir”.

Onun sözlərinə görə, Azərbaycanda 10 milyon əhalinin 35 faizini cavan təbəqə təşkil edir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT