“Hamımız Türk malı alsaq, xeyir qardaşımıza qalar” - Deputatdan ÇAĞIRIŞ

“Hamımız Türk malı alsaq, xeyir qardaşımıza qalar” - Deputatdan ÇAĞIRIŞ

img



Azərbaycanın 13 milyard 667 milyon dollarlıq illik idxalında 4 ölkə 1 milyard dollardan artıq paya malikdir.

 

İndex.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

Onun sözlərinə görə, ötən il Rusiyadan 2 milyard 290 milyon dollar, Türkiyədən 1 milyard 646 milyon dollar,  Çindən 1 milyard 432 milyon dollar və  İsveçrədən 1 milyard 223 milyon dollarlıq mal almışıq:

 

"Qalan 7 milyard dollarlıq idxalımız isə digər ölkələrin payına düşür. İdxal həmin ölkəyə valyuta dəstəyi deməkdir. Yəni, biz hansı ölkədən idxal ediriksə, həmin ölkəyə valyuta göndəririk".

 

 

Parlament üzvü Qarabağ uğrunda apardığımız savaşda Türkiyənin Azərbaycana ciddi siyasi dəstəyi olduğunu diqqətə çatdırıb: "Son illər bir sıra aparıcı dövlətlərin qardaş ölkəyə olan siyasi basqıları Türkiyə iqtisadiyyatına da təsirsiz ötüşməyib. Biz bazarlıq edən zaman yerli məhsullarla yanaşı, Türkiyə malları almaqla qardaş ölkə iqtisadiyyatına töhvə vermiş olarıq.  Hamımız Türk malı alsaq, xeyir qardaşımıza qalar".