Ağdərə istiqamətində düşmən geri çəkilməyə məcbur edilib

Ağdərə istiqamətində düşmən geri çəkilməyə məcbur edilib

img



Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

 

Index.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

 

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.