Azərbaycan vətəndaşları Türkiyədə nə qədər ev alıb?

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər ev alıb?

img



Bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 154 mənzil alıb.

İndex.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilin avqust ayı ilə müqayisədə 66 mənzil və ya 75% çoxdur.

Ümumilikdə isə yanvar-avqust aylarında 700 azərbaycan vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2019-cu ilin səkkiz ayı ilə müqayisədə 11 ədəd və 1,54% azdır.

Qeyd edək ki, bu ilin avqust ayında Türkiyədə 3 932 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2019-cu ilin avqust ayı ilə müqayisədə 291 ədəd və ya 8% çoxdur.

Bu ilin yanvar-avqust aylarında isə Türkiyədə 21 117 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin səkkiz ayı ilə müqayisədə 6 934 ədəd və ya 24,7% azdır.

2020-ci ilin avqust ayında Türkiyədə ən çox mənzil alan xaricilər İran vətəndaşları olub. Bu ölkədən olanlar avqustda 640, yanvar-avqust aylarında isə 3 808 mənzil əldə edib.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 592, yanvar-avqust isə 3 339 mənzil alıb.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan avqustda 366 mənzil, yanvar-avqustda isə 1 447 mənzilə sahib olub.