38 gün bağlı qalan Bakı metrosuna 2,6 milyon manat maliyyə dəstəyi

38 gün bağlı qalan Bakı metrosuna 2,6 milyon manat maliyyə dəstəyi

img



Koronavirus (COVID-19) pandemiyasının təsiri ilə əlaqədar olaraq “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən 2,6 milyon manat ilkin maliyyə dəstəyi göstərilib.

 

İndex.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mais Priyev məlumat verib.

 

Məlumata görə, ictimai nəqliyyatın ən mühüm sahəsi olan metroya dəstək tədbirləri davam etdiriləcək.