Image description


Braziliyada son sutka ərzində daha 28 645 nəfərin koronavirus infeksiyasına yoluxması, 1319 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndex xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 13 013 601 nəfər yoluxub. Bu müddət ərzində 332 752 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 11 436 189 xəstə müalicə olunaraq sağalıb.

Bizi Telegram-da izləyin: t.me/indexaz