Son sutkada 7 nəfər koronavirusdan ölüb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər sağalıb.

İndex.az bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, son sutka ərzində koronavirusdan 7 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 829 345 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 063 nəfər müalicə olunaraq sağalıb, hazırda 122 aktiv xəstə var. Bu günə qədər 10 160 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 511, hazırkı dövrədək isə 7 552 099 test aparılıb.