
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ildə 7 milyard 718 milyon 53 min kubmetr qaz hasil edib.
İndex.az bu barədə SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.
Bildirilib ki, 2023-cü ildə şirkət tərəfindən 8 milyard 390 milyon 738 min kubmetr qaz hasil edilib. Bu da ötən 2023-cü ilin yekun göstəriciləri ilə müqayisədə 8 % azdır.
Xatırladaq ki, ötən il ölkə üzrə qaz hasilatında artım tendensiyası davam edib və 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 4,4 % artaraq, 50,4 milyard kubmetr təşkil edib.