SOCAR neft ixracını 7%-ə yaxın azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ildə 16 milyon 596,4 min ton neft ixrac edib.

İndex.az bu barədə SOCAR-ın ötən il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair açıqladığı hesabata istinadən məlumat verir.

Bildirilib ki, şirkət 2023-cü ildə 17 milyon 768,808 min ton neft ixrac edib. Beləliklə, 2024-cü ildə şirkətin neft ixracı 6,6 % azalıb.

Şirkət ixraca təkcə öz yataqlarından hasil etdiyi nefti deyil, həm də neft müqavilələri çərçivəsində hasil edilən Azərbaycanın və SOCAR-ın mənfəət neftini də yönəldir.