SOCAR neft hasilatını cüzi azaldıb

 

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyon 884 min 502 ton neft hasil olunub.

İndex.az xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 1-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Məlumata görə, bu, ötən ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 35 min 989 min ton və ya 1,9 % azdır.

Ümumilikdə isə, bu ilin birinci rübü ərzində Azərbaycanda 7 milyon 257 min 208 ton xam neft hasil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 468 min 893 ton və ya 6 % azdır.

Xatırladaq ki, ötən ilin biri rübü SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1 milyon 920 min 491 ton neft hasil olunub. Ötən ilin ilk rübündə ölkə üzrə 7 milyon 720 min 101 ton xam neft çıxarılıb.