"Paşa Sığorta" işçilər axtarır

“PAŞA Sığorta” ASC namizədləri Sığorta İddialari Departamentində Zərərlərin qiymətləndirilməsi və təmir üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Əmlaka dəyən zərərin qiymətləndirilməsinə dair sənədlərin kənar strukturlardan (avtoservislərdən, qiymətləndiricilərdən) əldə edilməsi
• Təmir işlərinə ümumi nəzarətin həyata keçirilməsi və təmirin keyfiyyətli olmasının təşkil edilməsi
• Sığorta hadisəsi nəticəsində əmlaka dəyən zərərin müəyyənləşdirilməsi, hissələrin siyahısının tərtib edilməsi, avtoservislərin təqdim etdiyi qiymətlərin orta bazar qiymətlərinə uyğunluğuna nəzarət və avtoservislərlə qiymətlərin razılaşdırılması
• Yekun zərərin təyin edilməsi və məlumatın departamentin müvafiq əməkdaşına ötürülməsi
• Sığortaçının, müştərilərin və avtoservislərin xeyrinə əsassız xərclərin qarşısının alınması, sığorta dələduzluğunun aşkarlanıb ifşa olunmasının təşkili
• Zərərə məruz qalmış əmlakın təmiri prosesində əvəz olunmuş ehtiyat hissələrinin saxlanılmasının və ya utilizasiya olunmasının təşkil edilməsi
• Öhdəliklərinin icrası zamanı aşkarlanmış lazımı məlumatların Departamentin digər əməkdaşlarına ötürülməsi
• Sığorta hadisəsi nəticəsində əmlaka dəyən ziyanın müəyyənləşdirilməsi üçün üçüncü müstəqil tərəfin iştirakının vacib olduğu təqdirdə, bunun təmin edilməsi

BİLİKLƏR:

• Ali təhsil – Texniki sahədə təhsil arzu olunandır
• Yol nəqliyyat hadisələri haqqında biliklər
• Avtomobil hissələrinin bazar dəyəri, servis xidmətləri haqqında məlumatlı olmaq
• Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki biliklər
• Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə biliklərin olması. Rus və İngilis dili bilikləri arzu olunandır

TƏCRÜBƏ:

• Biznes sahəsində minimum 2 il iş təcrübəsi həmçinin, müştərilərlə iş üzrə təcrübənin olması
• Təmir xidməti istiqamətində minimum 1 il iş təcrübəsi

BACARIQLAR:

• Yaxşı ünsiyyət bacarığı
• Stressə davamlılıq
• Təşəbbüskarlıq
• Məqsədyönlülük
• Emosional stabillik və məsuliyyətli olmaq

Son müraciət tarixi: 17 Sentyabr 2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

 

“PAŞA Sığorta” ASC namizədləri Sığorta İddialari Departamentində Müştəri münasibətləri üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi
• Hadisə barədə məlumatı birbaşa və ya dolayısı yolla əldə etdikdən dərhal sonra hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi
• Sığorta hadisələri üzrə ilkin sənədləşmənin və uçotun aparılması
• Polis və digər orqanlara baş vermiş hadisə üzrə materialların toplanılması üçün sorğuların göndərilməsi və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi
• İcraatda olan sənədlərin bütövlüyünün və saxlanmasının təmin edilməsi
• Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa müdirə məruzə edilməsi
• Polis və digər dövlət orqanları ilə effektiv danışıqların və kommunikasiyaların qurulması
• İddiaların tənzimlənməsi prosesində sığortalılar ilə görüşlərin təşkil edilməsi, onları maraqlandıran sualların cavablandırılması və digər məlumatların verilməsi (həmçinin departamentin digər əməkdaşlarını cəlb edərək)
• Öhdəliklərin icrası zamanı aşkarlanmış lazımi məlumatların Departamentin digər əməkdaşlarına ötürülməsi

BİLİKLƏR:

• Ali təhsil – Hüquq istiqaməti üzrə təhsil arzu olunandır
• Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı
• Dil bilikləri: Azərbaycan və Rus dillərində yüksək səviyyədə biliklərin olması. İngilis dili bilikləri arzuolunandır

TƏCRÜBƏ:

• Biznes sahəsində minimum 2 il iş təcrübəsi, müştərilər ilə iş üzrə minimum 1 il iş təcrübəsi

BACARIQLAR:

• Təqdimat bacarıqları
• Komandada işləmək bacarığı
• Yaxşı ünsiyyət bacarığı
• Stressə davamlılıq
• Təşəbbüskarlıq
• Məqsədyönlülük
• Emosional stabillik və məsuliyyətli olmaq

Son müraciət tarixi: 31 Avqust 2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd edərək  recruitment@pasha-insurance.az ünvanına göndərin.

 

“PAŞA Sığorta” ASC namizədləri Tibbi və Səyahət Sığortası Departamentində Tibbi və səyahət sığortası üzrə növbətçi assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• İş vaxtı ərzində sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;
• İş vaxtı ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
• Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili;
• Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
• Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

BİLİKLƏR:

• Tibb üzrə ali təhsil;
• Kompüter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır.

TƏCRÜBƏ:

• Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.

BACARIQLAR:

• Ünsiyyət qurmaq bacarığı;
• Qeyri standart vəziyyətə cəld reaksiya vermək.

Son müraciət tarixi: 31 Avqust 2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan