"PAŞA Həyat Sığorta" İsrailin iş adamları ilə əməkdaşlıq edəcək

"PAŞA Həyat Sığorta" İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

12 avqust 2021-ci il tarixində imzalanmış Əməkdaşlıq müqaviləsi qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, təcrübə mübadiləsi sessiyaların təşkili, gələcək üçün İT mütəxəssislərinin yetişdirilməsi və onların inkişafı, innovativ rəqəmsal həllərin tətbiqi yönündə olan fəaliyyətləri əhatə edir.

Qeyd edək ki, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, eləcə də dövlət-özəl işgüzar dialoqun təşviqi üçün əhəmiyyətli platformadır. Palatanın ölkələrarası əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfəsi var.

Məlumat üçün bildirək ki, hazırda “PAŞA Həyat Sığorta” ASC 2021-2023 illəri əhatə edən yeni strateji dövrdədir və dinamik inkişafa nail olmağı hədəfləyən şirkət rəqəmsal transformasiyanı və innovativ həlləri öz fəaliyyətində əsas tutub. İmzalanmış əməkdaşlıq innovasiyaya böyük önəm verən PAŞA Həyat üçün əhəmiyyətli rol kəsb edir.

Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40.250 milyon manat təşkil edir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan