Sığorta bazarımız 8% böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 239,719 milyon manat sığorta haqqı toplanılıb.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,4% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 97,434 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,2% çoxdur.

Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,65 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 31,9 manat olub.