“Samsung” dünyanın ən sürətli yaddaşını təqdim etdi

“Samsung” sənayenin ən sürətli LPDDR5X yaddaş kartını təqdim edib.

İndex.az xəbər verir ki, 32 GB artan yeni yaddaş kartl 10,7 Gbit/saniyə sürətə çatıb.

“Micron” 4% enerji qənaəti təklif edən yeni yaddaş kartını təqdim etdikdən bir neçə gün sonra “Samsung” LPDDR5X adlı yeni yaddaş kartını təqdim edib.

Cənubi Koreya nəhənginin yeni LPDDR5X adlı yaddaş kartı daha sürətli, daha yüksək tutumlu və daha çox enerjiyə qənaət edən yaddaş təklif etməklə sənayedəki digər rəqiblərini açıq şəkildə üstələmiş kimi görünür.