“Rusiya GPS müdaxiləsi ilə beynəlxalq hava qaydalarını pozur”

Estoniya Rusiyanı GPS siqnallarına müdaxilə edərək beynəlxalq hava məkanı qaydalarını pozmaqda ittiham edib.

İndex.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bu məsələni NATO və Avropa İttifaqındakı tərəfdaşları ilə müzakirə edəcəyini bildirib.

Tsahkna açıqlamasında deyib: “Rusiyanın Estoniyanın hava məkanına GPS müdaxiləsi bölgəmizdəki mülki aviasiyaya təsir etdi. Bununla Rusiya beynəlxalq qaydaları pozur”.

Finlandiyanın “Finnair” aviaşirkəti iki təyyarənin enişinə mane olan GPS nasazlığı səbəbindən Estoniyanın şərqindəki Tartuya uçuşları müvəqqəti olaraq bir ay müddətinə dayandırdığını açıqlayıb.

“Finnair” qeyd edib ki, bu addımı hava limanına GPS-ə etibar etməyən alternativ yanaşma metodu yaratmağa imkan vermək üçün atacaq.