Ronaldonun 2,2 milyon dollarlıq yeni “oyuncağı” – FOTO

“Əl Nəsr”da çıxış edən dünya ulduzu Kristiano Ronaldo avtomobil kolleksiyasına yenisini əlavə edib.

İndex.az xəbər verir ki, sahib olduğu lüks avtomobilləri ilə gündəmdə olan təcrübəli futbolçu yeni avtomobili “Ferrari Daytona SP3” ilə Portuqaliyada görüntülənib.

Kristiano Ronaldoya məxsus “Ferrari Daytona SP3” cəmi 599 ədəd istehsal edilib. 840 at qüvvəsi və 697 Nm fırlanma anı hasil edən avtomobil 0-dan 100 km-ə 2,85 saniyəyə sürətlənir.

Qeyd edək ki, bu modelin qiyməti 2,226,935 dollardan başlayır.