AMB-nın valyuta ehtiyatları 10%-dən çox artıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin dekabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 7 018,7 mln. ABŞ dolları təşkil edib.

İndex.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 0,3% azalıb, ilin əvvəli ilə müqayisədə isə 10,2% çoxdur.

Qeyd edək ki, avqust ayında bankın valyuta ehtiyatlarının gözəçarpan artımı (2017-ci ilin yanvar ayından bəri qeydə alınmış ən kəskin aylıq artım) Beynəlxalq Valyuta Fondunun (BVF) tarixdə ən böyük sayılan və avqustun 23-də qüvvəyə minən maliyyə bölgüsü çərçivəsində Azərbaycanın xüsusi borcalma hüquqları (SDR) limitinin artırılması ilə bağlıdır.

Xatırladaq ki, BVF avqustun 23-də qüvvəyə minən üzv ölkələrə 650 mlrd. ABŞ dollar ekvivalentində olan maliyyə bölgüsü çərçivəsində Azərbaycana 375,4 mln. SDR (530 mln. dollara yaxın) ayırmışdı.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT