İtaliyada inflyasiya son 13 ilin ən yüksək həddinə çatıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

İtaliyanın Milli Statistika İnstitutu (ISTAT) ölkədə qiymət artımı ilə bağlı noyabr ayı üzrə əsas məlumatları açıqlayıb.

Index.az xəbər verir ki, keçən ay 3 faiz olan illik inflyasiya enerji qiymətlərinin də təsiri ilə noyabr ayında 3,8 faizə yüksələrək son 13 ilin ən yüksək səviyyəsinə çatıb.

Bu, 2008-ci ilin sentyabrından bəri ən yüksək inflyasiya səviyyəsi kimi qeydə alınıb.

İnflyasiyanın noyabrda 3,2 faizə yüksələcəyi gözlənilirdi.

Ölkədə inflyasiya aylıq olaraq 0,7 faiz artıb.

Maraqlıdır ki, tənzimlənən enerji qiymətləri illik 41,8 faiz artarkən, illik artım ərzaq qiymətlərində 1,7 faiz, xidmətlərdə isə 3,6 faiz təşkil edib.

Digər tərəfdən, İtaliyada AB-yə uyğun əsas itehlakçı qiymətləri indeki (İQİ) noyabr ayında əvvəlki aya görə 0,8 faiz, illik isə 4 faiz artıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT