Bankların noyabrda valyuta hərraclarında tələbi 20 aylıq maksimuma çatıb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bu ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 853,9 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

İndex.az xəbər verir ki, "APA-Economics"in Azərbaycan Mərkəzi Bankı (AMB) və ARDNF-nin məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici cari ilin oktyabr ayı ilə müqayisədə 58,2%, ötən ilin eyni ayı ilə müqayisədə isə 72,3% artıb. Hərraclarda satılan vəsaitin aylıq göstəricisi 20 aylıq maksimuma çatıb. Bundan əvvəl isə, ötən ilin mart ayında daha yüksək satış həcmləri qeydə alınıb – 1,928 mlrd. dollar.

Beləliklə, cari ilin yanvar-noyabr aylarında Neft Fondu valyuta hərraclarında 5,699 mlrd. dollar satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% azdır.

Qeyd edək ki, COVID-19 pandemiyasının əvvəlindən (ötən ilin aprel ayı) banklara hərraclarda 10,231 mlrd. dollar satılıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT