“BMW” yeni hibrid avtomobilinin prototipini təqdim edib – FOTO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Almaniyanın “BMW” şirkəti yeni “Concept XM” avtomobilini təqdim edib.


İndex.az xəbər verir ki, modelin istehsalına 2022-ci ilin sonunda Spartanburqdakı (ABŞ) “BMW Group” zavodunda başlanacaq.

Qeyd olunur ki, yeni üslubun xarakterik cəhəti faraların iki modula bölünməsidir. Avtomobil “V8” benzin və 750 at gücünə malik elektrikli mühərriklə təchiz edilmişdir. Şirkətdən verilən məlumata görə, “Concept XM” bir yükləmə ilə 80 km məsafə qət edir.

Konsern 2025-ci ilə qədər elektriklə işləyən avtomobillərin satışını ardıcıl olaraq ildə 50%-dən çox artırmağı və nəticədə 2020-ci illə müqayisədə on qat artıma nail olmağı planlaşdırır. 2030-cu ildə şirkətin satdığı avtomobillərin azı yarısının tam elektrikli olacağı gözlənilir.





Mənbə - Banker

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT