7 bankın xalis mənfəəti azalıb - RENKİNQ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 13-nün bu ilin yanvar-sentyabr aylarındakı (xalis) mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bunlar “Azər-Türk Bank”, “AFB Bank”, “Bank BTB”, “Bank Respublika”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Rabitəbank”, “Günay Bank”, “Bank VTB Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı”, “PAŞA Bank” və “Express Bank” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır.

Ən yüksək dinamika “Azər-Türk Bank”da (8,2 dəfə), ən aşağı dinamika isə İran bankında (7,3%) qeydə alınıb.

7 bankın – “Premium Bank”, “Naxçıvan Bank”, “Kapital Bank”, “Xalq Bank”, “Unibank”, “Azərbaycan Sənaye Bankı” və “Turan Bank” ASC-lərin isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Turan Bank”da (71,4%), ən az azalma isə “Premium Bank”da (8,5%) qeydə alınıb.

1 bankın – Pakistan Milli Bankının Bakı filialının isə zərəri 27,6% azalıb.

2 bank – “Muğan Bank” və “Yelo Bank ASC-lər bu ilin yanvar-sentyabr aylarını mənfəətlə, ötən ilin eyni dövrünü zərərlə, 3 bank – “Bank Avrasiya” ASC, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər isə bu ilin 9 ayını zərərlə, ötən ilin eyni dövrünü mənfəətlə başa vurublar. Odur ki, bu bankların (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Mənbə - Renkinq

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT