Milyonlarla buzlu kürə gölün üzərini örtdü

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Kanadadakı göllərdən birində nadir təbiət hadisəsi müşahidə olunub.

İndex.az xəbər verir ki, gölün üzəri milyonlarla kürəşəkilli buz parçalarıyla örtülüb.

Yerli sakinlərdən biri görüntüləri çəkərək paylaşıb.

Ekspert Vinsent Makfarley kürələrin gölün dibindən yuxarıya qalxdığını bildirib. O, buz parçalarının küləyin qarı suya sovurması nəticəsində yarandığını izah edib.

Makfarleyin sözlərinə görə, nadir rast gəlinən bu fenomenin baş tutması üçün gölün üzəri buz təbəqəsilə örtülməməli, lakin su kifayət qədər soyuq olmalıdır.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT