Özbəkistanın dövlət borcu 25 milyard dolları ötüb

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Özbəkistanın dövlət borcu 2021-ci il oktyabrın 1-nə 25,3 milyard dollara çatıb ki, bu da ölkənin ÜDM-nin 38,4%-ni təşkil edir.

İndex.az xəbər verir ki, bu barədə Özbəkistan Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, 2021-ci ilin üçüncü rübündə Özbəkistanın dövlət borcu 1,1 milyard dollar artıb ki, bu da əsasən investisiya layihələrinin maliyyələşdirilməsi və dövlət büdcəsinin kəsiri ilə bağlıdır. Xarici borc əvvəlki rüblə müqayisədə təxminən 900 milyon dollar artaraq 22,7 milyard dollar təşkil edib. Dövlətin daxili borcu isə 200 milyon dollar artaraq 2,6 milyard dollara çatıb.

Qeyd edilib ki, dövlət borcunun böyük hissəsi büdcə kəsirinin bağlanmasına (5,6 milyard dollar), elektrik enerjisi sənayesinə (3,1 milyard dollar) və neft-qaz sektoruna (2,8 milyard dollar) yönəldilib.

Mənbə - Marja

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT