Hindistan bu tarixdən beynəlxalq uçuşları bərpa edir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Hindistan höküməti dekabrın 15-dən bütün istiqamətlərə müntəzəm beynəlxalq uçuşların bərpasına icazə verib.

İndex.az xəbər verir ki, bu barədə ölkənin Baş Mülki Aviasiya Administrasiyası öz saytında məlumat yayıb.

Buna da bax: ABŞ səkkiz ölkə ilə uçuşları dayandıracaq

Eyni zamanda qeyd edilir ki, COVID-19-a yoluxma halları ilə bağlı ən çətin vəziyyətin qaldığı ölkələrlə sərnişin dövriyyəsinin 50%-ə qədər azalacaq.

Qeyd edək ki, Hindistan koronavirusun yayılması səbəbindən 2020-ci ilin mart ayında müntəzəm beynəlxalq sərnişin reyslərini dayandırıb. Bundan sonra Hindistan digər ölkələrlə ikitərəfli müqavilələr çərçivəsində beynəlxalq uçuşlar həyata keçirir. Hazırda Hindistanın 28 ölkə ilə belə müqaviləsi var.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT