Elektromobil sektoruna 100 milyard dollar vəsait daxil ola bilər

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Bank of America Corp"a (BofA) görə, bütün dünyada elektrikli vasitə (elektromobil) istifadəsinin artırılması üzrə işlər, bu sektora 2023-cü ilin sonuna qədər təxminən 100 milyard dollarlıq vəsait gətirə biləcək üç illik ilk səhm satışı (initial public offering -IPO) dalğasına səbəb ola bilər.

İndex.az xəbər verir ki, "Bank of America"nın Sərmayə Bankçılığında rəhbər Patrick Steinemann, "Sektorda batareya, elektromobil istehsalına artan sərmayələr səhmlərin ilkin kütləvi təklifinə gətirib çıxaracaq" deyib.

Steinemann, "hal-hazırda 100 milyard dollara qədər IPO gəlirinin əldə ediləcəyi bir dalğaya doğru irəliləyirik",- əlavə edib.

2021-ci ildə bu sektorda ən böyük ilk təklif elektrikli yük maşını istehsalçısı "Rivian Automotive Inc" tərəfindən olub. Şirkət bu ayın əvvəlində ABŞ bazarından 13,7 milyard dollar cəlb edib və şirkətin səhmləri ilkin kütləvi təklif qiymətilə müqayisədə 47% bahalaşıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT