Bakıda avtobuslar yarışa çıxdı - FOTO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bakıda avtobuslar yarışa çıxdı.

İndex.az xəbər verir ki, paytaxt ərazisində iki sərnişin avtobusu sürət həddini aşaraq yarışa çıxıb. Belə ki, kadrları lentə alan şəxs idarə etdiyi avtomobili saatda 100 kilometr sürətlə idarə etsə də, avtobusları ötə bilməyib.

Buna da bax: Bu metrostansiya gələn il istifadəyə veriləcək – VİDEO

İçərisində sərnişin olan avtobusların təhlükəsizlik qaydalarını pozaraq, həm sərnişinlərin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) yayılan videogörüntülərlə bağlı bildirilib ki, sözügedən hadisə ilə bağlı tədbir görülüb: “136 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusun daşıyıcısı “Status-Avto MMC” və 171 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusun daşıyıcısı “Ayşən LTD” ötən gün agentliyə çağırılıb. Hər iki daşıyıcının aidiyyəti üzrə izahatları alınıb, daşıyıcılara xəbərdarlıq edilib”.

Mənbə - Oxu.az

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT